18 oktyabr 2024. Cümə

Kənan Kərimov: “Üzərimizdə çətin öhtəlik var”


Kənan Kərimov: “Üzərimizdə çətin öhtəlik var”

“İmişli” ilə gərgin oyun keçəcəyini öncədən bilirdik və buna ciddi hazırlaşmışdıq. Fikirimcə çempionatın ən ağır və baxımlı qarşılaşmalarından biri baş tutdu”.

Bu sözləri 90deqiqe.Az-a açıqlamasında “Karvan”ın baş məşqçisi Kənan Kərimov deyib.

Yevlax təmsilçinin çalışdırıcısı turnir cədvəlində lider olmalarına rəğmən arxayınlaşmağın yolverilməzliyindən də danışdı:

“Uzun marafona çıxmışıq. Hələ yolun başlanğıcındayıq. Beş oyunda maksimum nəticə göstərməyimiz sevindiricidir, amma bu bizi arxayınlaşdırmamalıdır. Bizi qarşıda daha çətin, dramatik qarşılaşmalar gözləyir. Çempion olmağı hədəfləyirik, bunun üçün çox işlər görməli, inkişaf etməliyik.Üzərimizdə çətin, məsuliyyətli öhtəlik var. Hazırda əsas məqsədimiz zirvədəki yerimizi qorumaqdır”.

ABDULLA İSMAYILOĞLU 







Müsahibə