- Müsahibə
- 22:18 20.10.2024
“Karvan”la oyuna yaxşı başlamadıq və sonrakı gedişatda nə qədər dəyişikliklər etsək də, məğlubiyyətdən qaça bilmədik.
Bu sözləri 90deqiqe.Az-a açıqlamasında “İmişli”nin baş məşqçisi Fərid Namazov deyib.
Gənc mütəxəssis fərdi səhvlərdən qollar buraxmaları yevlaxlı azarkeşlərin qeyri-etik hərəkətlərindən və futbolçusunun qırımızı vərəqə almasından da danışıb:
“Dünənki oyunda müdafiçilərimiz ilə qapıçımız yaxşı oynamadılar.Buna baxmayaraq təslim olmadıq və qollar vurmaq üçün irəli atıldıq. Rəqib qapısına iki dəfə yol tapsaq da, üstünlüyümüzü qoruya bilmədik. Oyuna sonradan qoşulan futbolçularım özlərini yaxşı tərəfdən göstərə bilmədilər. Meydan sahiblərinin əvəzetmələri isə matçın taleyinə təsir etdi. Onlar bizi məyus etməklə matçda geridönüş edə bildilər. Hakim idarəçiliyini heç vaxt müzakirə etməmişəm. Amma “Karvan”la qarşılaşmada yevlaxlı azarkeşlər oyun boyu bizə qarşı qeyri-etik ifadələr səsləndirdilər və meydana su ilə dolu plastik butulkalar atdılar. “Karvan”n texniki işçiləri də yaşlarına yaraşmayan hərəkətlərlə bizə qarşı hörmətsizliklər etdi. Amma nədənsə referi bunları görməzlikdən gəldi. Yetirmələrimdən İdris İnqilabçı qırmızı vərəqə aldı. Səbəb kimi onun bizə atılan butulkalardan birini götürərək tribunaya atması göstərilir. Mən İdrisi çoxdan tanıyıram, çox tərbiyəli, təmkinli insandı. İnanmıram ki, o, azarkeşlərin təxribatına getsin. Futbolçumuz sadəcə oyunun uzadılmasının qarşısını almaq üçün meydana atılan butulkaları kənar edib. Biz yenə bu məsələni araşdıracağıq və oyunçumuzun günahı varsa cəzasını alacaq.Qısası onu deyim ki, “Karvan” səfərində özümüzə qarşı hörmətsizliklər gördük”.
ABDULLA İSMAYILOĞLU