18 oktyabr 2024. Cümə

Abdulla Rzayev:"İkinci dövrədə daha yaxşı çıxış edəcəyik"


Abdulla Rzayev:"İkinci dövrədə daha yaxşı çıxış edəcəyik"

"İlk dövrənin son iki matçıda istədiklərimizi həyata keçirə bilmədik və fasiləyə xal itkiləriylə yollandıq".

Bu sözləri 90deqiqe.Az - a açıqlamasında "Sabah"ın futbolçusu Abdulla Rzayev deyib. 

"Bayquşlar"ın müdafiəçisi öz performansı və komandasının qarşıdakı hədəflərindən də danışdı:

"Hazırkı performansımdan razı deyiləm. Daha yaxşı formaya düşmək üçün üzərimdə çox işləməliyəm. Zatən "Sabah"ın üzvüsənsə, daim inkişaf etməlisən, başqa cür də ola bilməz. Çempionatda yaranan fasilədən lazımnca yararlanaraq ikinci dövrəyə yaxşı əhval-ruhiyədə hazırlaşırıq. Geridə qoyduğumuz 9 oyundakı səhvlərimizdənn maksimum nəticə çıxarıb daha üstün performans sərgiləməklə yuxarı pillələrdə qərarlaşmalıyıq". 

ABDULLA İSMAYILOĞLU  







Müsahibə