18 oktyabr 2024. Cümə

"Araz Abdullayevi seçiminə görə qınamamalıyıq"


"Araz Abdullayevi seçiminə görə qınamamalıyıq"

"Araz Abdullayevin I Liqada oynamasında qeyri-adi nəsə yoxdur və buna görə də futbolçunu tənqid atəşinə tutmaq düzgün deyil".

Bu sözləri 90deqiqe.Az - açıqlamasında menecer Tural Əsgərov deyib. 

Futbol funksioneri "Neftçi" yetirməsinin başqa təkliflərinin olmaması və onun "Qaradağ Lökbatan"ı seçiməsi haqqında da danışıb:

"Futbolçunun daha yaxşı təklifləri yoxdursa və harda daha çox oynamaq şansı varsa, gedib orda da çıxış etməlidir. Bu futbolun reallığıdır və hər bir oyunçunun başına gələ bilər. Hazırda yığmamızın sabiq üzvünü I Liqanın səviyyəsinin aşağı olması, "Qaradağ Lökbatan"ın  zəifliyi, maaşının azlığı maraqlandırmır.  Araz Abdullayev elə yaşındadır ki, ya karyerasını bitirməli, ya da klubsuz qalmamalıdır. Odur ki, gəlin, onun seçiminə hörmət edək". 

ABDULLA İSMAYILOĞLU 







Müsahibə