21 noyabr 2024. Cümə axşamı

Qəzənfər Abbasov: “Bu qələbə bizə stimul verməlidir”


Qəzənfər Abbasov: “Bu qələbə bizə stimul verməlidir”

“Layiqli qələbə qazandıq, indi bu uğurun ardını gətirməliyik”.

Bu sözləri 90deqiqe.Az-a açıqlamasında MOİK-in baş məşqçisi deyib.

Gənc mütəxəssis “Cəbrayıl” ilə oyunun çətin keçməsi, rəqibə qarşı seçdikləri taktikadan da danışdı:

“Cəbrayıl” çempionatda debütant olsa da,  yaxşı oyun sərgiləyən və rəqiblərə başağrısı olan komandadır. Odur ki, meydan sahiblərinə qarşı ehtiyatlı oynayıb, nəticə qazanmalıydıq. Qarşılaşmada müdafiədə boşluq verməmək, maksimum rəqibi topsuz saxlamaqla qol axtarışında olduq. Matçda çox əziyyətlər çəksək də, sonda bizə lazım olan qolu vurub qələbəmizi qazandıq. Bu bizə həm özünə inam, həm də gələcək oyunlarda daha yaxşı çıxış etməyimizə təsir etməlidir. Odur ki, “Cəbrayıl” ilə üzərində qələbə bizə stimul verməlidir”.

Xatırladaq ki, dünən baş tutan "Cəbrayıl" - MOİK görüşündə qonaqlar 1:0 hesablı qələbə qazanıb. Bu "hərbiçilər"in mövsümdə ilk zəfəridir.

ABDULLA İSMAYILOĞLU  







Müsahibə