22 oktyabr 2024. Çərşənbə axşamı

Emin Mahmudov: "Samir Abasov bizə özünə inamı qaytarmaqdadır"


Emin Mahmudov: "Samir Abasov bizə özünə inamı qaytarmaqdadır"

Bu gün "Neftçi" doğma meydanda "Səbail" ilə oynadı. 4 qolun qeydə alındığı görüşdə "Ağ-qaralar" rəqibini  4:1 hesabıyla məğlub etdi. Bununla da "Neftçi" mövsümdə ilk qələbələriniz qazandı. Komandanın üzvü Emin Mahmudov ilk zəfərləri, oyunları və Samir Abasovun gəlişiylə bağlı 90deqiqə.Az - a danışdı. 

- Mövsümdə ilk qələbənizi qazandız. Matçla bağlı fikirlərin maraqlıdır...

- Bu gün meydanda yaxşı kordinasiyalı oyunumuz alındı. Qələbəyə çox istəkliydik. İrəlidə maksimum aqressiv və kreativ olmağa çalışdıq. Şükürlər olsun ki, istəyimizə nail olduq. 

- Samir Abasovun gəlişi komandada nəyi dəyişdi? 

- Samir müəllimin gəlişiylə fərqli taktikada oynamağa başlamışıq. Daha çox topa nəzarət, qarşılıqlı anlaşmaya üstünlük veririk. Ən əsası Samir Abasov bizə özünə inamı qaytarmaqdadır. Hələlik onun rəhbərliyi altında bir oyun keçirmişik. İnanıram ki, qarşıda daha yaxşı çıxış edəcəyik. 

- Kapitanlıq sarğısı səndə deyil, bunun səbəbi nədir? 

- Ümumiyyətlə bu barədə çox danışmaq istəmirəm. Qısaca deyim ki, komandamızda artıq yeni kapitan var. Mən də həm ona, həm komandamıza əlimdən gələn köməyi əsirgəməməyə çalışacam. 

- Qələbələr ardını gələcəkmi? 

- Bunun üçün maksimum çalışacağıq. Hazırkı mövqeyimizdən razı qala bilmərik. Ona görə də mümkün qədər tez yuxarı pillərə doğru irəliləməliyik. 

ABDULLA İSMAYILOĞLU







Müsahibə