22 oktyabr 2024. Çərşənbə axşamı

Hüseynəli Quliyev: "Bu gün “Neftçi” oyunda üstün tərəf idi"


Hüseynəli Quliyev: "Bu gün “Neftçi” oyunda üstün tərəf idi"

“İlk dəqiqənin sonunda qol buraxmağımız bizi motivasiyadan saldı”.

Bu sözləri 90deqiqe.Az – a açıqlamasında “Səbail” qapıçısı Hüseynəli Quliyev deyib.

Qolkiper oyunda “Neftçi”nin daha istəkli olmaları, onların boşluqlar verməməsi və “dənizçilər”in yol verdikləri səhvlərdən də danışdı:

“Bizim üçün ağır oyun olacağını bilirdik. “Neftçi”də yeni baş məşqçi gerçəkləşdiyindən onların daha aqressiv və qələbəyə ac olduqlarını gözlıyirdik. Buna rəğmən bura yaxşı nəticə qazanmaq üçün gəlmişdik. İlk yarıda maksimim sıx müdafiə olunub rəqibin hücumlarını dəf etməyə çalışdıq. Amma fasilə ərəfəsində “Neftçi” qol vurmağa nail oldu. İkinci yarıda da rəqib dominant futbol sərgilədi. Nə qədər hesabı dəyişmək istəsək də, gücümüz yalnız təsəlli qoluna çatdı. Nə qədər acı olsa da, bu gün “Neftçi” oyunda üstün tərəf idi”.

ABDULLA İSMAYILOĞLU







Müsahibə