- Müsahibə
- 22:18 20.10.2024
“Ötən mövsümlə müqayisədə bu il daha yaxşı çıxış etmək və peşəkarlaşmaq yolunda inkişafa nail olmaq istəyirik. Məqsədimiz Qərb regionunda dayanıqlı, müsbət təsirə malik, müasir tələblərə uyğun, şəffaf , etibarlı və peşəkarlaşmaqda olan komanda formalaşdırmaqdır. Həmçinin klubumuzun futbol məktəbinin təməlini qoyaraq regional şəbəkəyə çevrilib gənc və istedadlı oyunçular yetişdirmək arzusundayıq”.
Bu sözləri 90deqiqe.Az – a açıqlamasında “Göygöl”ün baş məşqçisi Ülvi Cəlilov deyib.
Gənc mütəxəssis son turda doğma meydanda “Füzuli”yə 9:0 qalib gəldikləri oyunla bağlı da danışıb:
“Füzuli” ilə oyunda bizə 3 xal qazanmaq çox vacib idi. Odur ki, onlarla qarşılaşmaya maksimum qələbə əhvalıyla çıxmışdıq. Rəqib bizimlə oyuna 10 nəfər futbolçuyla gəlsə də, biz buna önəm verməyib, qarabağlılara ciddi yanaşdıq. Meydanda maksimum gücümüzü qoyduq və layiqli qəbələ qazandıq. Bu zəfərimizi azarkeşlərimizə həsr edirik. Fanatlarımız bütün oyunlarda dəstəklərini bizdən əsirgəmirlər. Düşünürəm ki, klub olaraq nə qədər inkişaf etdikcə, güclü “12-ci oyunçu” dəstəyimiz də olacaq. Çempionatda hələlik ən böyük hesablı qələbəyə nail olmuşuq. Buna sevinirik, amma arxayınlaşmamalı və irəli baxmalıyıq. Bu il bacardıqca turnir cədvəlində maksimum irəli getməyi hədəfləyirik.