22 oktyabr 2024. Çərşənbə axşamı

Dmitro Litvin “Azərbaycan gözəl ölkədir”


Dmitro Litvin “Azərbaycan gözəl ölkədir”

"Neftçi” səhvlərimizdən maksimum istifadə etməklə bizi cəzalandırdı. Həm birinci hissənin sonunda buraxdığımız ilk qol,  həm də fasilədən sonra rəqibin daha iki dəfə fərqlənməsi geridönüş etməyimizə imkan vermədi".

Bu sözləri 90deqiqe.Az-a açıqlamasında “Səbail” üzvü Dmitro Litvin deyib.

“Dənizçilər”in legioneri Ukrayna çempionatı ilə Azərbaycan elitasının oxşarlığından və ölkəmiz haqqında da danışdı:

“Azərbaycan Premyer Liqası ilə Ukraynanın güclülər dəstəsi arasında elə də böyük fərq yoxdur. Sizdə  “Qarabağ” çempionatda dominantlıq edir, bizdə isə “Dinamo” Kiyev ilə “Şaxtyor” favoritdir. Düşünürəm ki, burda futbol oynamaq üçün yaxşı şərait var. Bundan başqa Azərbaycan gözəl ölkədir, insanları da mehriban, qonaqpərvərdir. Çempionatınızda karyeramı uzun müddət davam etdirmək istəyərəm”.

ABDULLA İSMAYILOĞLU







Müsahibə