22 oktyabr 2024. Çərşənbə axşamı

Aydın Bayramov: "Pessimizmə qapılmayıb irəli baxmalıyıq"


Aydın Bayramov: "Pessimizmə qapılmayıb irəli baxmalıyıq"

"Sabah"la oyuna yaxşı başlamadıq. Erkən qol buraxdıq. Buna rəğmən ruhdan düşmədik və məğlubiyyətdən qaçmaq üçün sona qədər döyüşdük. Şükürlər olsun ki, matça əlavə olunan dəqiqələrdə "status-kvo"nu bərpa etdik".

Bu sözləri 90deqiqe.Az - a açıqlamasında "Zirə"nin qapıçısı Aydın Bayramov deyib.

Qolkiper yığma komandaya dəvət alması və son iki oyundakı məğlubiyyətlərdən də danışdı:

"Milliyə dəvət aldığıma görə sevinirəm. Çox istərdim ki, iki oyunun birində meydanda olum, amma bu baş vermədi. Gələcəkdə debüt etməyim üçün maksimum çalışacam. Yığmanın oyunlarına gəlincə, təbii ki, ardıcıl məğlubiyyətlər almaq istəməzdik. Amma pessimizmə qapılmayıb irəli baxmalıyıq".

ABDULLA İSMAYILOĞLU







Müsahibə