- Müsahibə
- 14:30 06.01.2025
"La Liqa təmsilçisi "Sevilya" Olavio Juninyonun transferində israrlıdır. İlkin olaraq 2 milyon avroya razı olmayan "Qarabağ", "Sevilya"nın məbləği daha da qaldırmasını istəyib".
Bu sözləri 90deqiqe.Az saytına açıqlamasında futbol eksperti Natiq Muxtarlı bildirib.
O həmçinin bu transferin reallaşmasının "Qarabağ"a müsbət təsirindən də danışıb:
"Qarabağ"ın bu istiqamətdə məqsədi tanınmayan, ancaq müəyyən göstərcilərə malik oyunçuları öz heyətinə qataraq yetəri səviyyəyə yüksəltmək və Avropanın bu futbolçulara marağını artırmaqdır. Buna eyni zamanda "Qarabağ"ın Avrokuboklarda uğurlu çıxışları da müsbət təsir edir".
Ekspert bildirib ki, bu transfer reallaşdığı təqdirdə "Qarabağ"ın heyətində dəyişikliklər növbəti mərhələyə qalacaq:
"Çünki Avrokubok oyunları yekunlaşmaq üzrədir və "Qarabağ"ın qrupdan çıxacağını fikirləşmirəm. Bu baxımdan düşünürəm ki, rəhbərlik də Juninyonu satıb qış transfer pəncərəsində başqa futbolçu cəlb etməklə yay üçün-növbəti Avrokuboklara hazırlıq görməyi planlaşdırır".
N.Muxtarlı onu da vurğulayıb ki: Juninyonun gedişi azarkeşləri narahat etməməlidir: "Xatırladım ki, daha öncə Vadji, Kadi gedəndə də bizdə klubun zəifləməsi ilə bağlı narahatlıq yaranmışdı, lakin "Qarabağ"da sistem elə qurulub ki, klubun, komandanın oyun sisteminə uyğun futbolçular tranfser edilir, onlar da özlərini sübut etməyi bacarırlar. Nəticədə isə bu futbolçulara Avropada böyük maraq yaranır.Eyni zamanda bu cür sistemə misal olaraq Portuqaliya, Hollandiya çempionatlarında "Benfika", "Ayaks" kimi klubların da əsas hədəfi böyük beşlik ölkəri üçün futbolçu yetişdirməkdir. Bu klubların əsas məqsədi nə UEFA kubokunun, nə də Avrokubokların qalibi olmaq deyil, sadəcə "Qarabağ"kimi uğurlu çıxışla yadda qalmağa çalışırlar".
Fəxriyyə Adil