- Müsahibə
- 12:59 03.02.2025
Azərkeşlərini hər zaman qələbələrlə sevindirən "Qarabağ"ın məğlubiyyəti hər kəsi məyyus edir. Son oyunlarda qalib gələ bilməyən "Qarabağ" da, Juninyonun yoxluğu çox hiss olunur. Eyni zamanda bu il "Qarabağ"la müqaviləsi bitən Qurban Qurbanova klubdan yeni təklif gəlib-gəlməyəcəyi sual altındadır.
Mövzu barədə şərhçi Ramiz Mirzəzadə 90deqiqe.Az saytına danışıb:
"Qarabağ"ın son məğlubiyyətini bu mövsüm avroliqada keçirdiyi uğursuz oyunların davamı kimi də qiymətləndirmək olar. "Olimpiakos"la səfər matçında "Qarabağ"ın qalib gələcəyi ehtimalı çox az idi. Buna başlıca səbəb Juninyonun gedişindən sonra onu əvəz edəcək kimsənin yoxluğu, futbolçuların ümumi ab-havasının o qədər də yaxşı olmaması və eyni zamanda müdafiədə baş verən səhvləri göstərmək olar. Ümumiyyətlə, "Qarabağ"ın məğlub olduğu oyunlara diqqət yetirsək hər birində ortaq cəhət komandanın eyni səhvləri təkrar edərək standart vəziyyətlərdən qol buraxmasıdır. Demək olarki Juninyonun mövqeyində oynayan nə Nəriman Axundzadə, nə də Musa Qurbanlı onu əvəz edəcək potensialda deyil. Ümid edirik ki, "Qarabağ" hücum xəttinə mütləq şəkildə legioner transfer edəcək".
"Fikrimcə "Qarabağ"la müqaviləsi bitən Qurban Qurbanova klubdan yeni təklif olacaq. Qurban Qurbanov "Qarabağ"la olan müqaviləsini uzadaraq, yenidən klubdakı fəaliyyətini daha da inkişaf etdirməyə başlayacaq. Nəticədə isə "Qarabağ" əvvəlki formasını bərpa edib yenə də avrokuboklarda ölkəmizi uğurla təmsil edəcək", -deyə o qeyd edib.
Fəxriyyə Adil