22 fevral 2025. Şənbə

"Legioner limitinin ləğvi milli komandaya pis təsir edəcək" - AÇIQLAMA


"Legioner limitinin ləğvi milli komandaya pis təsir edəcək"  - AÇIQLAMA

Məlum olduğu kimi AFFA-nın İcraiyyə Komitəsinin iclasında legioner limitnin ləğv edilməsi ilə əlaqədar qərar qəbul edilib. Bəs bu qərar yerli futbolçuların oyununa nə dərəcədə təsir edəcək? Müsbət və mənfi cəhətləri nə ola bilər?

Mövzu ilə bağlı Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev 90deqiqe.Az saytına açıqlama verib:

"Öncəliklə qeyd etmək lazımdır ki, ölkəmizdə legioner limiti ilə bağlı zaman-zaman çox dəyişikliklər olub.

İndi isə bu qərarın nəticəsi barədə danışmaq hələ tezdir, nəticənin necə olacağını zaman göstərəcək, ancaq ilkin olaraq deyə bilərəm ki, legioner limitnin ləğv edilməsi , yerli futbolçuların azlığı milli komandamıza böyük təsir edəcək, bu qaçılmazdır. Nəticə etibarı ilə bu qərarın klublar üçün uğurlu, millimiz üçün uğursuz olacağını düşünürəm".

Xatırladaq ki, qərara əsasən, yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq:

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.

Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.

Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN

8-dən 12-yə qədər: 10000 (on min) AZN

13-dən 15-ə qədər: 100000 (yüz min) AZN

16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.

Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.

Fəxriyyə Adil







Müsahibə