3 mart 2025. Bazar ertəsi

Bu günə qədər bizim vasitəmizlə 4 klubla baş sponsorluq müqaviləsi imzalanması baş tutub - Tural Piriyev


Bu günə qədər bizim vasitəmizlə 4 klubla baş sponsorluq müqaviləsi imzalanması baş tutub  - Tural Piriyev

Son zamanlar ölkəmizin şəhər və rayonlarında futbolun inkişafı baxımdan bir çox addımlar atılır bu səbəbdən özəlliklə Futbolun İnkişafı Fondunun fəaliyyəti maraq doğurur. 

Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyevin 90deqiqe.Az saytına müsahibəsini təqdim edirik.

Ölkəmizdə, ən əsasda rayonlarda futbolun inkişafı məqsədilə hansı işlər görülür?

Futbolun İnkişaf Fondunun əsas missiyası regionlarda futbol klublarının dayanıqlı inkişafının təmin edilməsidir. Bununla əlaqədar bölgə təmsilçilərinə sponsorların cəlb edilməsi ilə yanaşı, klubun strategiyasının hazırlanması, strukturunun təkmilləşdirilməsi, oyun günü və fəaliyyət gəlirlərinin artırılması kimi bir çox sahədə dəstək göstəririk. Bu günə qədər bizim vasitəmizlə 4 klubla baş sponsorluq müqaviləsi imzalanması baş tutub. Bununla yanaşı klublarda gəlir diversifikasiyasının təmin edilməsi məqsədilə tərəfdaşlıqlar imzalanıb, layihələr həyata keçirilib.

Rayon və şəhərlərdə futbol meydançalarının vəziyyəti necədir?

Bölgələrdə istər peşəkar, istərsə də həvəskar futbol infrastrukturu qənaətbəxş deyil. Barmaqla sayılacaq sayda klubun öz infrastrukturu var. Klublar stadionları icarəyə götürürlər, onların da vəziyyəti əsasən yaxşı deyil.

Sizcə ölkəmizdə futbola olan marağın daha da artması üçün nələr etmək lazımdır?

Düşünürəm ki, klubların bu məsələdə böyük rolu ola bilər. Region klublarının öz bölgələrində yerli ictimaiyyətlə əlaqələrini düzgün qurması həm futbol azarkeşlərinin sayını, həmçinin də futbolla peşəkar və həvəskar məşğul olan insanların sayını artıracaq.

Fəxriyyə Adil







Müsahibə