29 mart 2025. Şənbə

Qorxulu nəticə gözləyirəm - AÇIQLAMA


Qorxulu nəticə gözləyirəm  - AÇIQLAMA

Milli komandamız son oyunlarda uğursuz çıxışlarla yadda qaldı. Nəzərə alsaq ki hələ qarşıda Dünya çempionatının oyunları da var. Millimizin də yer aldığı D qrupunda Fransa, Ukrayna, İslandiya ilə oyunlar, bu heyətlə heç də asan keçməyəcək.

Mövzu barədə millimizin sabiq futbolçusu Ceyhun Sultanov 90deqiqe.Az saytına danışıb:

"Millimiz son oyunda "Haiti" yığmasına uduzmuş olsada, bəzi uğurlu epizodları da diqqətimizdən yayınmadı. Bununla yanaşı bu cür hesabla evdə məğlub olmaq heç də yaxşı hal deyil, ancaq onu da nəzərə almalıyıq ki, "Haiti" yığması zəif komanda deyil, heyətində güclü futbolçular var"

"Dünya çempionatında komandamızın da yer aldığı D qrupuna diqqət yetirsək yığmamız üçün vahiməli olacağını düşünə bilərik. Bu cür heyətlə o komdanların qarşısına çıxmaq və onlarla mübarizə aparmaq çətin olacaq. Açığını desəm qorxulu nəticələr gözləyirəm. Həmin oyunlara qədər nəticənin nə olacağı və oyunlardan necə alnıaçıq çıxa biləcəyik deyə düşünüəcəyəm.

Millimizin hazırki durumu hər kəs üçün üzücü haldır. Bu vəziyyətdən çıxış yolunu bununla məşğul olan insanlar daha yaxşı bilirlər. Əgər məqsədimiz 2028-ə düşməkdirsə daha böyük dəyişikliklər etmək lazımdır. Ancaq bu dəyişikliklər olsa belə buna nail olmaq elədə asan olmayacaq"-deyə C.Sultanov qeyd edib.

Fəxriyyə Adil







Müsahibə