- Müsahibə
- 22:13 30.04.2025
İdmanın inkişafı və qarşıya qoyulan məqsədlərin icrası baxımından keçirilən hesabat konfransı önəmli məqamlarla yadda qaldı. Görülən işlər dəyərləndirildi, yeni İnkişaf Strategiyası təqdim olundu və birlikdə fəaliyyət göstərməyin vacibliyi vurğulandı.
Mövzu barədə AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun 90deqiqe.az saytına müsahibəsini təqdim edirik:
- AFFA-nın bu ilki hesabat konfransını necə qiymətləndirirsiz?
- Konfransda bir il ərzində görülən işlərlə bağlı hesabat verildi. Əsas odur ki, yeni İnkişaf Strategiyası qəbul olunub və bir yumruq kimi birləşib bunu həyata keçirməyin vacibliyi vurğulandı.
- Sizcə futbol klublarına ayrılan dövlət vəsaiti onların inkişafı üçün yetərlidirmi?
- Hesabat Konfransında da bu məsələ ilə bağlı bildirildi ki, klublar yeni sponsorlar cəlb etməyə çalışmalıdırlar. Dövlət dəstəyi hər zaman olduğu kimi, yenə var. Dövlət tərəfindən ayrılan vəsait minimum hədəfə çatmaq üçün yetərli ola bilər. Klublar özləri əlavə sponsorlar cəlb etməyi düşünməlidirlər.
- Hakimlər sahəsində inkişafın sürətləndirilməsi məqsədilə hansı addımlar atılmalıdır?
- Frank De Blekeri AFFA Hakimlər Komitəsinin sədri vəzifəsində hələ də yeni saymaq olar. Hakimliyimiz ildən-ilə inkişafdadır. Bu il ikinci hakimimizin FİFA-nın I kateqoriyasına yiyələnməsi buna sübutdur. Dünyanın istənilən yerində hakim səhvi olur. Bu, qaçılmazdır. Əsas odur ki, hakimlərimiz qərəzli deyillər və səhvlərinin üzərində işləyirlər.
Fəxriyyə Adil