5 dekabr 2025. Cümə

"Azarkeş məhsullarının satışı region klubları üçün yeni gəlir mənbəyinə çevrilir" - MÜSAHİBƏ


"Azarkeş məhsullarının satışı region klubları üçün yeni gəlir mənbəyinə çevrilir"  - MÜSAHİBƏ

“Futbolun İnkişaf Fondu”nun region klubları ilə həyata keçirdiyi  layihələr futbol ictimaiyyətində maraqla qarşılanır. Bu təşəbbüslər yerli futbolun inkişafına və klubların  sosial bazasının güclənməsinə xidmət edir. Son olaraq “Şahdağ Qusar" FK ilə reallaşdırılan layihə bu istiqamətdə diqqətçəkən addımlardan biridir. 

Mövzu ilə bağlı fondun icraçı direktoru Tural Piriyevin layihələrin məqsədləri və nəticələri barədə 90deqiqe.Az saytına müsahibəsi:

“Futbolun İnkişaf Fondu”nun müxtəlif klublarla azarkeş dəstləri layihələri maraq doğurur. Bu təşəbbüslərin əsas məqsədi nədən ibarətdir və son olaraq “Şahdağ Qusar” FK ilə birgə reallaşdırılan layihə klub üçün hansı nəticələri verdi?

- Əməkdaşlıq etdiyimiz bölgə klublarında dayanıqlı gəlir kanallarının formalaşması üçün bölgənin xüsusiyyətlərini nəzərə alaraq müxtəlif alətləri tətbiq edirik. “Şahdağ Qusar” klubu ilə birgə təşkil edilən azarkeş dəstlərinin satışı ilə bağlı layihə həm formaların satışı, həmçinin kluba dəstək olunması üçün bir layihə idi. Layihə proqnozlaşdırdığmız kimi, qısa zamanda yekunlaşdı və əldə olunan maliyyə ilə klubun idman geyimləri ilə bağlı xərcləri qarşılandı;

Layihə çərçivəsində toplanan vəsaitin klubun inkişafına  təsirini necə qiymətləndirirsiniz?

-Baxmayaraq ki, əldə olunan vəsaitlə kluba idman geyimləri alındı, böyük ölçüdə klubun inkişafına təsir üçün çox kiçik bir büdcədir. Bununla belə, layihənin uğurla tamamlanması “Şahdağ Qusar” klubunda azarkeş məhsullarının satışının inkişaf etdirilərək gəlir kanallarından birinə çevrilə biləcəyinə inam yaratdı;

 “Futbolun İnkişaf Fondu”nun region klubları ilə əməkdaşlığı gələcəkdə hansı istiqamətlərdə genişlənə bilər?

-Hazırda Fondun 2025-2028 illəri əhatə edən strategiyası yekunlaşıb, yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Strategiyaya əsasən əsas strateji prioritetlər olaraq, Potensialın gücləndirilməsi, Təhsil və Kommersiya müəyyən edilib. Müvafiq sahələr üzrə fəaliyyətimiz davam edəcək.

İlin sonuna yaxın paylaşdığınız “xoş xəbər” barədə azarkeşlərə bir ipucu verə bilərsinizmi?

--İlin sonuna yaxın bu barədə məlumat veriləcək.

Fəxriyyə Adil







Müsahibə