14 sentyabr 2026. Bazar ertəsi

Laçın PFK Region Liqasında: əsas hədəf II Liqaya yüksəlməkdir


Laçın PFK Region Liqasında: əsas hədəf II Liqaya yüksəlməkdir

Qarabağda futbolun inkişafı və bölgənin futbol ənənələrinin yenidən canlandırılması istiqamətində mühüm addımlar atılır. Bu baxımdan Laçın PFK-nın Region Liqasında mübarizəyə başlaması da diqqətçəkən hadisələrdəndir.

Laçın PFK-nın təsisçisi və prezidenti Kərim Şahverdiyev 90deqiqe.Az saytına açıqlamasında komandanın Region Liqasında iştirakı, qarşıya qoyulan hədəflər və gələcək planlar barədə danışıb.

O bildirib ki, Region Liqasında iştirak etməkdə əsas məqsəd Laçınlı futbolçuları Azərbaycan futboluna qazandırmaqdır:
“Komandanı Region Liqasına ona görə gətirdik ki, Laçınlı futbolçuları Azərbaycan futboluna qazandıraq. Komandanın hazırlığı da yaxşı səviyyədə gedir. Bu mövsüm üçün əsas hədəfimiz II Liqaya yüksəlməkdir”.

Kərim Şahverdiyev gələcəkdə Laçınlı gənclərin futbola cəlb olunması və onların inkişafı istiqamətində də işlərin görüləcəyini qeyd edib:

“Gələcəkdə Laçında uşaq futbol məktəbləri də açmaq fikrimiz var. İnşallah, bundan sonra qarşıda gözəl planlarımız var. İstəyirik ki, Laçında uşaqların futbola marağı artsın və onların özlərini inkişaf etdirmələri üçün şərait yaransın”.

Klub rəhbəri Laçın futbolunun gələcəyi ilə bağlı planlarını da açıqlayıb:

“Gələcəkdə uşaq futbol klubu qurmaq və Laçın PFK-nı ən yüksək səviyyəyə çıxarmaq istəyirik. Məqsədimiz Laçını Azərbaycanın futbolunda layiqincə təmsil etməkdir”.

Kərim Şahverdiyev Laçın PFK-nın fəaliyyətə başlamasının Laçınlılar üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Laçının PFK ilə futbolda təmsil olunması bizim üçün qürurverici hissdir. Bu, bütün Laçınlılar adından bizim üçün böyük qürurdur. İnanırıq ki, qarşıdakı illərdə Laçın futbolunda daha böyük uğurların şahidi olacağıq”.

Fəxriyyə Adil







Müsahibə

"Səbail" də yeni baş məşqçi
  • Müsahibə
  • 23:19 18.06.2026
"Səbail" də yeni baş məşqçi