23 sentyabr 2026. Çərşənbə

AFFA Hakimlər Komitəsinin yeni layihəsi - hakimlik kursları başlayır


AFFA Hakimlər Komitəsinin yeni layihəsi  -  hakimlik kursları başlayır

Azərbaycan futbolunda hakimlik potensialının artırılması və regionlardan yeni hakimlərin yetişdirilməsi istiqamətində layihələr davam etdirilir. Bu çərçivədə Balakən–Şamaxı zonası üzrə 18–35 yaş arası kişi və qadınların hakimlik kurslarına cəlb olunması nəzərdə tutulur. Layihənin məqsədi, kursların təşkili və iştirakçıların hakimlik karyerasına keçidi ilə bağlı bir sıra məqamları dəqiqləşdirdik.

Mövzu barədə AFFA Hakimlər Komitəsinin üzvü Rəvan Həmzəzadə 90deqiqe.Az saytına danışıb.

Layihənin əsas məqsədinin Azərbaycana yeni futbol hakimlərinin cəlb olunması olduğunu bildirən R.Həmzəzadə qeyd edib:

“Hazırda əsas tələb namizədlərin Şəki şəhərində başlayacaq və təxminən 1 ay davam edəcək kurslarda iştirak etməsidir. Kurslarda iştirak üçün hər hansı diplom və ya xüsusi təhsil sənədi tələb olunmur”.

R.Həmzəzadə onu da qeyd edib ki, kurslar çərçivəsində yeni başlayan hakimlərə UEFA və FIFA-nın qaydaları və tövsiyələri barədə məlumat veriləcək, onların fiziki hazırlıq səviyyəsi qiymətləndiriləcək və bu istiqamətdə inkişafları təmin olunacaq.

“Kurs başa çatdıqdan sonra, həmçinin bəzi iştirakçıların hazırlıq və inkişaf səviyyəsindən asılı olaraq daha erkən mərhələdə oyunlara cəlb olunması AFFA Hakimlər Komitəsi tərəfindən nəzərdə tutulur”.

R.Həmzəzadə sonda bildirib ki, layihəyə hələlik Balakən–Şamaxı regionunda başlanılıb və yaxın vaxtlarda analoji kursların Azərbaycanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulur:

“Layihəyə hələlik Balakən–Şamaxı regionunda başlanılıb. Yaxın vaxtlarda analoji kursların Azərbaycanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulur”.

Fəxriyyə Adil







Müsahibə

"Səbail" də yeni baş məşqçi
  • Müsahibə
  • 23:19 18.06.2026
"Səbail" də yeni baş məşqçi