13 avqust 2026. Cümə axşamı

Niderland çempionatının bərpa tarixi bilindi


Niderland çempionatının bərpa tarixi bilindi

Niderland Kral Futbol İttifaqı (KNVB) 2019/2020 mövsümünü başa çatdırmaq niyyətindədir.

Corner.az-ın "Voetbal International"a istinadən verdiyi məlumata görə, qurum koronavirus pandemiyası fonunda Erediviziyanı iyunun 19-da bərpa etməyi planlaşdırır. Matçların bir hissəsinin azarkeşsiz keçirilməsi variantı var. KNVB-nin Niderland hökumətinin bütün tapşırıqlarına əməl edəcəyi bildirilir.

Niderland Kuboku uğrunda matçın isə mümkün qədər gec təşkili nəzərdə tutulub. Bu, matçın azarkeşlə keçirilməsi şanslarının daha çox olması üçündür. Böyük ehtimalla, pley-off bir oyundan ibarət olacaq. Təqvim plan üzrə gerçəkləşsə, növbəti çempionat dekabrın 21-də başlayacaq. 







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi
Duşan Tadiç Niderlanda qayıtdı
  • Niderland E.D.
  • 21:38 27.07.2026
Duşan Tadiç Niderlanda qayıtdı
Lui van Qal "Ayaks"dan ayrıldı
  • Niderland E.D.
  • 17:33 02.07.2026
Lui van Qal "Ayaks"dan ayrıldı