13 avqust 2026. Cümə axşamı

Niderland klubunun müraciəti təmin olunmadı


Niderland klubunun müraciəti təmin olunmadı

Niderland Futbol Federasiyası AZ klubunun vaxtından əvvəl başa çatdırılan Erediviziyanın nəticələrinin dəyişdirilməsi ilə bağlı müraciətinə baxıb.

Corner.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, komandanın müraciəti təmin olunmayıb, turnir cədvəlindəki sıralama olduğu kimi saxlanılıb.

AZ klubunun məsələ ilə bağlı UEFA-ya da məktub ünvanladığı vurğulanıb.

Qeyd edək ki, AZ koronavirus pandemiyası səbəbindən ləğv olunan 2019/2020 mövsümünü 56 xalla 2-ci sırada başa vurub və mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Alkmaar təmsilçisi ilə eyni xala malik, yalnız qolların fərqinə görə rəqibini qabaqlayan lider "Ayaks" isə Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. Bununla razılaşmayan AZ rəhbərliyi hesab edir ki, cari mövsüm keçirilən şəxsi görüşlərin hər ikisində Amsterdam klubuna qalib gəldikləri üçün ÇL-ə birinci yerin sahibi kimi məhz onlar getməlidirlər.(report)







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi
Duşan Tadiç Niderlanda qayıtdı
  • Niderland E.D.
  • 21:38 27.07.2026
Duşan Tadiç Niderlanda qayıtdı
Lui van Qal "Ayaks"dan ayrıldı
  • Niderland E.D.
  • 17:33 02.07.2026
Lui van Qal "Ayaks"dan ayrıldı