13 avqust 2026. Cümə axşamı

Advokatı Kuyt əvəzləyəcək


Advokatı Kuyt əvəzləyəcək

2021/2022 mövsümündə "Feyenoord"un baş məşqçisi Dirk Kuyt olacaq.

Corner.az xəbər verir ki, bu barədə Niderlandın "De Telegraaf" nəşri məlumat yayıb. Bildirilib ki, komandanın hazırkı baş məşqçisi Dik Adkovat klubla müqaviləni 1 il müddətinə uzadıb. Onun gələn yay "Feyenoord"u tərk etməyi planlaşdırdığı vurğulanıb.

D.Advokatı 2021/2022 mövsümündə əvəzləyəcəyi bildirilən D.Kuytun köməkçilərinin Henrik Larsson  və Alfons Qronendeyk olacağı iddia olunub.

Qeyd edək ki, D.Kuyt futbolçu karyerası ərzində 2003-2006, 2015-2017-ci illərdə "Feyenoord"da oynayıb. O, hazırda klubun U-19 komandasının baş məşqçisidir.(qol)







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi
Duşan Tadiç Niderlanda qayıtdı
  • Niderland E.D.
  • 21:38 27.07.2026
Duşan Tadiç Niderlanda qayıtdı
Lui van Qal "Ayaks"dan ayrıldı
  • Niderland E.D.
  • 17:33 02.07.2026
Lui van Qal "Ayaks"dan ayrıldı