5 dekabr 2025. Cümə

Van Persinin yeni iş yeri


Van Persinin yeni iş yeri
Niderland millisinin sabiq futbolçusu Robin van Persi məşqçiliyə başlayıb.
 
Corner.az xəbər verir ki, 37 yaşlı keçmiş hücumçu “Feyenoord” klubunda çalışacaq. Bu barədə Erediviziya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Niderlandlı mütəxəssis hücumçularla iş üzrə məşqçi olub.
 
Van Persi məhz “Feyenoord”un yetirməsidir. Lakin o, daha çox İngiltərənin “Arsenal” (2004-2012) və “Mançester Yunayted” (2012-2015) klublarındakı çıxışı ilə tanınıb. Van Persi İngiltərə Premyer Liqasında “Mançester Yunayted”lə bir dəfə çempionluq sevinci yaşayıbsa, iki mövsüm də bombardir olub. “Uçan hollandiyalı” ləqəbini almış futbolçu 2015-2018-ci illər aralığında Türkiyənin “Fənərbaxça” klubunda forma geyinib. O, qardaş ölkədə 87 oyuna çıxıb, 36 qol vurub. Forvard, 2018/19 mövsümünü də “Feyenoord”da keçirib.
 
Van Persi Niderland millisində 102 oyunda iştirak edib və 50 qola sevinib.






Niderland E.D.

"Ayaks" yeni baş məşqçi tapıb
  • Niderland E.D.
  • 13:42 11.11.2025
"Ayaks" yeni baş məşqçi tapıb
Mark Overmars “Ayaks”a qayıda bilər
  • Niderland E.D.
  • 15:52 08.11.2025
Mark Overmars “Ayaks”a qayıda bilər
“Ayaks" klounlar məclisinə çevrilib”
  • Niderland E.D.
  • 17:02 09.10.2025
“Ayaks" klounlar məclisinə çevrilib”
PSV stadionunu böyütmək istəyir
  • Niderland E.D.
  • 17:01 07.10.2025
PSV stadionunu böyütmək istəyir
“Ayaks”dan çətin qələbə
  • Niderland E.D.
  • 22:10 27.09.2025
“Ayaks”dan çətin qələbə