20 mart 2026. Cümə

Telstar'ın baş məşqçisi Ozan Can Kökcü'nü təriflədi


Telstar'ın baş məşqçisi Ozan Can Kökcü'nü təriflədi
Niderlandın “Telstar” klubunun baş məşqçisi Andris Yonker Azərbaycan millisinin və “Sabah”ın futbolçusu Ozan Can Kökcünün transferindən danışıb.
 
Corner.az xəbər verir ki, 59 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında icarəyə götürdükləri Türkiyə əsilli yarımmüdafiəçini tərifləyib.
 
Niderlandlı mütəxəssis 23 yaşlı futbolçunun xidmətindən ən qısa vaxtda yararlanmaq istədiklərini bildirib:
 
“Şənbə günü “TOP Oss” komandası ilə matçda ona şans verməyə çalışacağıq. Gənc olmasına baxmayaraq, Ozan Can lazimi təcrübəyə malikdir. O, Azərbaycanın gənclər yığmasında müntəzəm çıxış edir. Həm yarımmüdafiə, həm də hücum xəttində yaxşı təsir bağışlayır. İnanıram ki, oyunumuzun inkişafına təkan verəcək”.
 
Qeyd edək ki, Ozan Can Kökcü cari mövsümün sonunadək “Tesltar”da çıxış edəcək.






Niderland E.D.

"Ayaks" və "AZ Alkmaar"dan darmadağın
  • Niderland E.D.
  • 23:21 15.03.2026
"Ayaks" və "AZ Alkmaar"dan darmadağın
NEK PSV-nin rekord seriyasına son qoydu
  • Niderland E.D.
  • 13:12 15.03.2026
NEK PSV-nin rekord seriyasına son qoydu
PSV evdə məğlub oldu
  • Niderland E.D.
  • 00:04 15.03.2026
PSV evdə məğlub oldu
“Feyenoord” autsayderlə bacarmadı
  • Niderland E.D.
  • 23:29 08.03.2026
“Feyenoord” autsayderlə bacarmadı
Zinçenko rəsmən "Ayaks"da
  • Niderland E.D.
  • 21:55 01.02.2026
Zinçenko rəsmən "Ayaks"da
Ten Haqın yeni iş yeri bəlli oldu
  • Niderland E.D.
  • 23:05 06.01.2026
Ten Haqın yeni iş yeri bəlli oldu