20 mart 2026. Cümə

Millimizin futbolçusu: Telstar'a keçid düşünülmüş addım idi


Millimizin futbolçusu: Telstar'a keçid düşünülmüş addım idi

"Yenidən Niderlanda qayıtdığım üçün şadam".

Corner.az-ın məlumatına görə, bu fikirləri millimizin və "Sabah"ın futbolçusu Ozan Can Kökçü "NH Sport" nəşrinə açıqlamasında icarə əsasında Niderlandın "Telstar" klubuna keçidi barədə danışarkən deyib.

Türkiyə əsilli yarımmüdafiəçi sözügedən komandanın seçməsinin səbəbini açıqlayıb. 23 yaşlı oyunçu bunu "Telstar"ın əla futbol sərgiləməsi ilə əlaqələndirib: "Keyfiyyətli komandaya gəlmişəm. Gənc yaşlarımda Niderlanda oynadığım üçün bu klubu yaxşı tanıyıram. Burada maraqlı 6 ay keçirəcəyəm".

Kökçü yenidən Niderland çempionatında çıxışının onun inkişafına müsbət təsir edəcəyini vurğulayıb: "Öz klubumda da şans qazanırdım. Amma yenidən buradakı meydançalarda oynamaq üçün "Telstar"ı seçdim. Düşünürəm kİ, çempionatın səviyyəsi yüksəkdir və bu, mənim inkişafıma kömək edə bilər. Bu komandaya keçmək düşünülmüş addım idi".

Qeyd edək ki, "Sabah" klubu Ozan Can Kökçünu "Telstar"a mövsümün sonunadək icarəyə verib.







Niderland E.D.

"Ayaks" və "AZ Alkmaar"dan darmadağın
  • Niderland E.D.
  • 23:21 15.03.2026
"Ayaks" və "AZ Alkmaar"dan darmadağın
NEK PSV-nin rekord seriyasına son qoydu
  • Niderland E.D.
  • 13:12 15.03.2026
NEK PSV-nin rekord seriyasına son qoydu
PSV evdə məğlub oldu
  • Niderland E.D.
  • 00:04 15.03.2026
PSV evdə məğlub oldu
“Feyenoord” autsayderlə bacarmadı
  • Niderland E.D.
  • 23:29 08.03.2026
“Feyenoord” autsayderlə bacarmadı
Zinçenko rəsmən "Ayaks"da
  • Niderland E.D.
  • 21:55 01.02.2026
Zinçenko rəsmən "Ayaks"da
Ten Haqın yeni iş yeri bəlli oldu
  • Niderland E.D.
  • 23:05 06.01.2026
Ten Haqın yeni iş yeri bəlli oldu