13 avqust 2026. Cümə axşamı

Ozan Can qol vurdu, Telstar qələbə qazandı


Ozan Can qol vurdu, Telstar qələbə qazandı
Niderland 2-ci liqasında 29-cu turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi “Telstar” da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Roda” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
 
Ozan da bu matçın iştirakçısı olub. O, 86-cı dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 90+4-cü dəqiqədə vurduğu qolla matçda yekun nəticəni müəyyənləşdirib. Bu, onun “Telstar”dakı ilk qoludur.
 
Müqavilə ilə “Sabah”a məxsus olan Ozan, Niderland klubunda icarə əsasında çıxış edir.
 
“Telstar” 2-ci liqada 29 turdan sonra 37 xalla 10-cu sıradadır.






Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi
Duşan Tadiç Niderlanda qayıtdı
  • Niderland E.D.
  • 21:38 27.07.2026
Duşan Tadiç Niderlanda qayıtdı
Lui van Qal "Ayaks"dan ayrıldı
  • Niderland E.D.
  • 17:33 02.07.2026
Lui van Qal "Ayaks"dan ayrıldı