13 avqust 2026. Cümə axşamı

Ozan Can Kökçü oynadı, Telstar yenə uduzdu


Ozan Can Kökçü oynadı, Telstar yenə uduzdu

Niderland 2-ci liqasında 31-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Utrext”in gənclərdən ibarət komandası ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə üzləşib – 2:3.

Ozan da bu matçın iştirakçısı olub. O, 62-ci dəqiqədə, hesab 2:3 olarkən meydana buraxılıb.

Müqavilə ilə “Sabah”a məxsus olan Ozan, Niderland klubunda icarə əsasında çıxış edir.

“Telstar” 2-ci liqada 31 turdan sonra 37 xalla 12-ci sıradadır.







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi
Duşan Tadiç Niderlanda qayıtdı
  • Niderland E.D.
  • 21:38 27.07.2026
Duşan Tadiç Niderlanda qayıtdı
Lui van Qal "Ayaks"dan ayrıldı
  • Niderland E.D.
  • 17:33 02.07.2026
Lui van Qal "Ayaks"dan ayrıldı