30 sentyabr 2026. Çərşənbə

Ayaks 37 yaşlı futbolçu ilə müqavilə imzaladı


Ayaks 37 yaşlı futbolçu ilə müqavilə imzaladı

Niderlandın “Ayaks” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Amsterdam təmsilçisi “Vitess”dən Remko Pasveri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı qapıçı yayda “Ayaks”a azad agent kimi qoşulacaq. Pasverlə müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, niderlandlı qapıçı daha əvvəl “Tvente”, “Herakles” və PSV kimi klublarda çıxış edib.







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi