30 sentyabr 2026. Çərşənbə

Türk futbolçu Niderland klubunda


Türk futbolçu Niderland klubunda

Son olaraq Türkiyənin “Qaziantep” klubunda çıxış edən Bilal Başacıkoğlu karyerasını Niderlandda davam etdirəcək.

Corner.az xəbər verir ki, 26 yaşlı hücumçu “Herakles” klubuna transfer olunub. Bu barədə Almelo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bilalla 2+1 şərti ilə müqavilə imzalanıb.

Türk futbolçu karyerası ərzində “Qaziantep”dən başqa, Niderlandda “Feyenoord”, “Herenven”, Türkiyədə isə “Trabzonspor”da çıxış edib.








Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi