30 sentyabr 2026. Çərşənbə

Dopinqə görə diskvalifikasiya olunan qapıçının cəzası azaldıldı


Dopinqə görə diskvalifikasiya olunan qapıçının cəzası azaldıldı

İdman Arbitraj Məhkəməsi (CAS)  "Ayaks"ın qapıçı Andre Onana ilə bağlı apelyasiya şikayətini qismən təmin edib.

Corner.az CAS-ın rəsmi saytına istinadən xəbər verir ki, dopinqə görə 1 illik diskvalifikasiya olunmuş 25 yaşlı qolkiperin cəza müddəti 9 aya endirilib.

Daha əvvəl Amsterdam təmsilçisi kamerunlu qapıçının müqaviləsini 2024-cü ilin iyulunadək uzatmışdı.

Qeyd edək ki, fevralın 5-də Andre Onananın qanında qadağan olunmuş furosemid maddəsi aşkarlanıb.







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi