13 avqust 2026. Cümə axşamı

Robben ikinci dəfə karyerasını bitirdi


Robben ikinci dəfə karyerasını bitirdi

“Bavariya”nın sabiq futbolçusu Aryen Robben karyerasını bitirib.

Corner.az xəbər verir ki, bu barədə 37 yaşlı futbolçu “İnstagram” hesabında paylaşım edib. O, futbolçu karyerasını başa vurduğunu bildirib.

Robben peşəkar karyerasına Niderlandın “Qroningen” klubunda başlayıb. O, daha sonra PSV, “Çelsi”, “Real” və “Bavariya”da forma geyinib. Aryen Münhen klubunda 18 kubok qazanıb. Bütövlükdə isə o, 1 dəfə Çempionlar Liqasının, 1 dəfə UEFA superkubokunun, 8 dəfə Almaniya Bundesliqasının, 5 dəfə Almaniya kubokunun, 2 dəfə İngiltərə kubokunun, 2 dəfə İngiltərə Premyer Liqasının, 2 dəfə Niderland superkubokunun, 1 dəfə Niderland çempionatının, 1 dəfə İspaniya La Liqasının qalibi olub. Robben rəqib qapılarından 99 top keçirməklə Bundesliqada ən çox qol vuran niderlandlı futbolçudu.








Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi
Duşan Tadiç Niderlanda qayıtdı
  • Niderland E.D.
  • 21:38 27.07.2026
Duşan Tadiç Niderlanda qayıtdı
Lui van Qal "Ayaks"dan ayrıldı
  • Niderland E.D.
  • 17:33 02.07.2026
Lui van Qal "Ayaks"dan ayrıldı