30 sentyabr 2026. Çərşənbə

Ayaks'ın qapıçısı millidəki karyerasını başa vurdu


Ayaks'ın qapıçısı millidəki karyerasını başa vurdu

"Ayaks" klubunun qapıçısı Martin Stekelenburq bundan sonra Niderland millisində çıxış etməyəcək.

Corner.az "De Telegraaf" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı qolkiper yığmadakı karyerasını başa vurub.

Təcrübəli oyunçu yaşının çox olması ilə əlaqədar bu qərarı verdiyi bildirib.

Qeyd edək ki, ilk dəfə 2004-cü Niderland seçməsinin formasını geyinən təcrübəli qapıçı millidə ümumilikdə 63 oyun keçirib və 48 qol buraxıb.







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi