30 sentyabr 2026. Çərşənbə

Ozan Can Kökçü oynadı, Telstar səfərdən xalsız döndü


Ozan Can Kökçü oynadı, Telstar səfərdən xalsız döndü
Futbol üzrə Niderland 2-ci liqasında 5-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi “Telstar” da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Maastrixt”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 0:3.
 
Ozan da bu matçın iştirakçısı olub. O, 38-ci dəqiqədə meydana buraxıb. Kökçü 54-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
“Telstar” 2-ci liqada 5 turdan sonra cəmi 2 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.






Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi