30 sentyabr 2026. Çərşənbə

Ozanlı Telstar'dan yeni mövsümdə ilk qələbə


Ozanlı Telstar'dan yeni mövsümdə ilk qələbə

Niderland 2-ci liqasında 7-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Dordrext”in qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Bu, sözügedən komandanın cari mövsümdə ilk qələbəsidir.

Ozan da bu matçın iştirakçısı olub. O, 81-ci dəqiqədə meydana buraxılıb.

“Telstar” 2-ci liqada 7 turdan sonra 6 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi