- Niderland E.D.
- 21:17 20.01.2025
Futbol üzrə Niderland 2-ci liqasında 14-cü turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Ekselsior”u qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib– 2:5.
Ozan da bu matçın iştirakçısı olub. O, 65-ci dəqiqədə meydana buraxılıb.
“Telstar” 14 oyuna topladığı 16 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.