30 sentyabr 2026. Çərşənbə

Ozan Candan bir qol və bir məhsuldar ötürmə


Ozan Candan bir qol və bir məhsuldar ötürmə
Futbol üzrə Niderland 2-ci liqasında 34-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi “Telstar” da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Ekselsior”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.
 
Ozan da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 29-cu dəqiqədə vurduğu ikinci qolun məhsuldar ötürməsini Kökçü verib. 52-ci dəqiqədə isə o, penaltidən dəqiq yararlanmaqla komandasının üçüncü qolunu vurub.
 
“Telstar” 34 oyuna topladığı 35 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.






Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi