30 sentyabr 2026. Çərşənbə

Ozan Canlı Telstar evdə uduzdu


Ozan Canlı Telstar evdə uduzdu
Futbol üzrə Niderland 2-ci liqasında 36-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi “Telstar” da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Eyndhoven”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda minimal hesablı məğlubiyyətlə üzləşib- 0:1.
 
Ozan da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
“Telstar” 36 oyuna topladığı 35 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.






Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi