30 sentyabr 2026. Çərşənbə

Ayaks 36-cı dəfə Niderland çempionu oldu


Ayaks 36-cı dəfə Niderland çempionu oldu

Futbol üzrə Niderland Erediviziyasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Corner.az-ın məlumatına görə, 33-cü turda doğma meydanda "Herenven"ə 5:0 hesabı ilə qalib gələn "Ayaks" vaxtından əvvəl çempionluğu rəsmiləşdirib. Sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirən Amsterdam təmsilçisi ümumilikdə 36-cı dəfə bu titulun sahibi olub.

Matçda, meydan sahiblərinin qollarını Nikolas Talyafiko, Stiven Bergeys, Sebastyen Alle, Brayan Brobbi və Edson Alvares vurublar. Komanda bu qələbədən sonra xallarını 82-yə çatdırıb.

Qeyd edək ki, PSV (78 xal) gümüş, "Feyenoord" (71 xal) isə bürünc medalların sahibi olub







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi