13 avqust 2026. Cümə axşamı

Ozan Can oynadı, komandası 3-cü qələbəsini qazandı


Ozan Can oynadı, komandası 3-cü qələbəsini qazandı
Futbol üzrə Niderland birinci divizionunda 3-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Helmond”ın qonağı olub. Futbolçumuzun komandası bu oyundan minimal hesablı qələbə ilə ayrılıb - 1:0.
 
Ozan da bu gün görüşün iştirakçısı olub. O, bu görüşə start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib.
 
“Eyndhoven” 3 oyuna topladığı 9 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.






Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi
Duşan Tadiç Niderlanda qayıtdı
  • Niderland E.D.
  • 21:38 27.07.2026
Duşan Tadiç Niderlanda qayıtdı
Lui van Qal "Ayaks"dan ayrıldı
  • Niderland E.D.
  • 17:33 02.07.2026
Lui van Qal "Ayaks"dan ayrıldı