30 sentyabr 2026. Çərşənbə

Millimizin futbolçusunun vurduğu qol Eyndhoven'i xilas etmədi


Millimizin futbolçusunun vurduğu qol Eyndhoven'i xilas etmədi
Futbol üzrə Niderland birinci divizionunda 31-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb. 
 
Sözügedən kollektiv səfərdə “Maastrixt”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətə üzülüb - 2:3.
 
Ozan da bu görüşün iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da 85-ci dəqiqədə milli üzvü vurub.
 
“Eyndhoven” hazırda 47 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.






Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi