30 sentyabr 2026. Çərşənbə

Polis Kadi ilə bağlı araşdırma aparır


Polis Kadi ilə bağlı araşdırma aparır
Moskva polisi “Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borgesin Rusiya Premyer Liqasının 24-cü turunun “Spartak”la oyununda (3:4) zədələnməsi faktını araşdırmağa başlayıb. Corner.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
 
Məlumatda, faktla bağlı Rusiya Daxili İşlər Nazirliyinin Pokrovskoye-Streşnevo rayonu üzrə şöbəsində yoxlama aparıldığı diqqətə çatdırılıb.
 
Aprelin 24-də baş tutan bu oyun zamanı Kadi qapalı kəllə-beyin travması və beyin silkələnməsi ilə Botkin Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Buna onun rəqib futbolçu ilə toqquşması səbəb olub.  
 
“Krasnodar”a bu ilin əvvəlində “Qarabağ”dan transfer olunmuş Borges Rusiya Premyer Liqasında 7 oyun keçirib. Braziliyalı bu oyunlarda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.






Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi