30 sentyabr 2026. Çərşənbə

Ozan Canın komandası evdə uduzdu


Ozan Canın komandası evdə uduzdu
Futbol üzrə Niderland birinci divizionunda 37-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb. 
 
Sözügedən kollektiv evdə “Helmond”u qəbul edib. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib - 0:1.
 
Ozan bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Eyndhoven” hazırda 57 xalla 20 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.






Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi