30 sentyabr 2026. Çərşənbə

Niderlandda çempion bəlli oldu


Niderlandda çempion bəlli oldu
Futbol üzrə Niderland Erediviziyasında mövsümün qalibi müəyyənləşib.

Corner.az xəbər verir ki, “Feyenoord” sona iki tur qalmış çempionluğu təmin edib. 32-ci tur çərçivəsində doğma meydanda “Qou Ehed İqlz” ilə qarşılaşan bu komanda rəqibini 3 cavabsız qolla məğlub edərək xallarının sayını 79-a çatdırıb. Sözügedən komanda sona iki tur qalmış ən yaxın izləyicisi PSV-ni 8 xal qabaqlayır.
 
Beləcə, “Feyenoord” tarixində 16-cı dəfə Niderland çempionu olub. Ən titullu “Ayaks” isə buna 36 dəfə nail olub.






Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi