30 sentyabr 2026. Çərşənbə

"Ayaks"ın baş məqçisi o ola bilər


"Ayaks"ın baş məqçisi o ola bilər

Rumıniya millisinin və Türkiyə "Qalatasaray"ının sabiq futbolçusu Niderlandın "Ayaks" klubunun baş məşqçisi ola bilər.

Corner.az xarici mediaya istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis George Haci  Amsterdam təmsilçisinin sükanı arxasına keçməyə əsas namizədlərdən biridir.

Siyahıda onunla yanaşı, Qrem Potter, Yulian Nagelsmann və Peter Bos kimi çalışdırıcıların da adları var.

Təcrübəli mütəxəssis hazırda ölkəsinin "Farul" komandasına başçılıq edir.

Xatırladaq ki, futbolçu kimi 1996-2001-ci illərdə "Qalatasaray"ın formasını geyinən George Haci 2004/2005 və 2010/2011 mövsümündə İstanbul klubunun baş məşqçisi olub. O, "sarı-qırmızılılar"la UEFA Kubokunu (hazırkı Avropa Liqası - E.S) və Superkubokunu qazanıb.







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi