30 sentyabr 2026. Çərşənbə

"Ayaks" erməni futbolçunun transferindən imtina etdi


"Ayaks" erməni futbolçunun transferindən imtina etdi

"Ayaks" Ermənistan millisinin və "Krasnodar"ın yarımmüdafiəçisi Eduard Spertsyan uğrunda mübarizəni yarımçıq qoyub.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Qaytje Sutalo "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

Ötən mövsüm Spertsyan “Krasnodar”la birlikdə Rusiya Premyer Liqasının vitse-çempionu olub. Yarımmüdafiəçi 33 matçda iştirak edib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun transfer dəyəri 18 milyon avrodur.







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi