13 may 2025. Çərşənbə axşamı

Davy Klassen "Ayaks"a qayıdıb


Davy Klassen "Ayaks"a qayıdıb

Məşhur hollandiyalı yarımmüdafiəçi Davy Klassen "Ayaks"a qayıdıb.

90deqiqe.Az xəbər verir ki, Amsterdam klubu 31 yaşlı futbolçu bir illik müqavilə imzalayıb.

 Klassenin "Ayaks"a  qayıtmazdan əvvəl karyerasında son klubu "İnter" olub. O, 2023-cü ilin yayında "Ayaks"dan azad agent kimi Milan klubuna keçmişdi.

Maraqlıdır ki, bu, artıq futbolçunun "Ayaks"a ikinci qayıdışıdır. Birincisi 2020-ci ildə baş tutdu və üç il davam edib. Transfermarkt niderlandlıya 4 milyon avro qiymət qoyub. “Ayaks” hazırda ölkə çempionatında 15-ci yerdədir, lakin futbol klubunun cəmi iki oyunu var.







Niderland E.D.

PSV-dən qələbə, "Ayaks" uduzdu
  • Niderland E.D.
  • 22:17 11.05.2025
PSV-dən qələbə, "Ayaks" uduzdu