13 avqust 2026. Cümə axşamı

Van Persi ÇL-nın 1/8 finalına yüksələn komandaya rəhbərlik edəcək


Van Persi ÇL-nın 1/8 finalına yüksələn komandaya rəhbərlik edəcək

"Feyenoord" Robin van Persini baş məşqçi təyin etmək üçün danışıqlar aparır.

90deqiqe.Az xəbər verir ki, Niderland klubu sabiq hücumçunu baş məşqçi postuna təyin etməyə yaxındır.

Cümə axşamı tərəflərin bütün şərtləri razılaşdıracağı gözlənilir, bundan sonra sövdələşmə rəsmən təsdiqlənəcək.

Robin van Persi "Feyenoord"da bir müddət əvvəl qovulmuş Brayan Priski əvəz edəcək.

41 yaşlı mütəxəssis hazırda "Heerenveen"də çalışır, lakin görünür, tezliklə iş yerini dəyişəcək.

Xatırladaq ki, Rotterdam komandası pley-off mərhələsinin ilk mərhələsində iki oyunun cəminə görə “Milan”ı geridə qoyaraq Çempionlar Liqasının 1/8 finalına yüksəlib.







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi
Duşan Tadiç Niderlanda qayıtdı
  • Niderland E.D.
  • 21:38 27.07.2026
Duşan Tadiç Niderlanda qayıtdı
Lui van Qal "Ayaks"dan ayrıldı
  • Niderland E.D.
  • 17:33 02.07.2026
Lui van Qal "Ayaks"dan ayrıldı