13 avqust 2026. Cümə axşamı

PSV baş məşqçisi ilə yeni müqavilə imzalamaq istəyir


PSV baş məşqçisi ilə yeni müqavilə imzalamaq istəyir

Ötən mövsüm ölkə çempionu olan PSV klubu baş məşqçi Peter Boszla yeni müqavilə bağlamaq istədiklərini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Amsterdam təmsilçisinin baş meneceri Marsel Brands "vi.nl" saytına müsahibəsində deyib.

"Biz Peterlə müqaviləni uzatmaq istədiyimizi açıqladıq. Bu niyyət qarşılıqlıdır. O, özünü xoşbəxt hiss edir və ona güvənir. Komandada çox yaxşı ab-hava var. Bu məsələni hələ müzakirə etməmişik, lakin [uzadılma] ehtimalı yüksəkdir".

Peter Bosz 2023-cü ildən PSV-də çıxış edir. Bu müddət ərzində o, komandanı 2 çempionluq tituluna çıxarıb.

Daha əvvəl xəbər vermişdik ki, “Ayaks”ın baş məşqçisi Farioli rəqibləri üzərində böyük üstünlüyü əldən verərək, öz istəyi ilə ayrılıb.







Niderland E.D.

PSV evdə qələbəni əldən verdi
  • Niderland E.D.
  • 00:09 09.08.2026
PSV evdə qələbəni əldən verdi
Duşan Tadiç Niderlanda qayıtdı
  • Niderland E.D.
  • 21:38 27.07.2026
Duşan Tadiç Niderlanda qayıtdı
Lui van Qal "Ayaks"dan ayrıldı
  • Niderland E.D.
  • 17:33 02.07.2026
Lui van Qal "Ayaks"dan ayrıldı