3 iyul 2026. Cümə

“Bu klub üçün oynamaq mənim üçün şərəf idi”


“Bu klub üçün oynamaq mənim üçün şərəf idi”

İngiltərə millisinin təcrübəli yarımmüdafiəçisi Cordan Henderson “Ayaks” klubundan ayrılmasını şərh edib.

90deqiqe.Az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan 35 yaşlı futbolçu ayrılıq qərarının qarşılıqlı razılaşma ilə verildiyini bildirib.

“Bu klubla bağlı olan hər kəsə dərin təşəkkürümü bildirirəm. ‘Ayaks’ın formasını geyinmək mənim üçün böyük şərəf idi. Təəssüf edirəm ki, buradakı müddətim ərzində azarkeşləri böyük uğurlarla sevindirə bilmədik. Onlar bunu sonuna qədər haqq edirlər – ən böyük titulları yenidən bayram etməyə layiqdirlər. Əminəm ki, o günlər tezliklə gələcək”

Xatırladaq ki, 2024-cü ilin yayında Niderland klubuna qoşulan Henderson “Ayaks”ın heyətində 57 oyuna çıxıb, 1 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, əvvəllər “Liverpul” və “Əl-İttifaq” klublarında da forma geyinib.







Niderland E.D.

Lui van Qal "Ayaks"dan ayrıldı
  • Niderland E.D.
  • 17:33 02.07.2026
Lui van Qal "Ayaks"dan ayrıldı
PSV 27-ci çempionluğunu qazandı
  • Niderland E.D.
  • 20:16 05.04.2026
PSV 27-ci çempionluğunu qazandı
PSV-dən çətin qələbə
  • Niderland E.D.
  • 22:56 04.04.2026
PSV-dən çətin qələbə
"Ayaks" və "AZ Alkmaar"dan darmadağın
  • Niderland E.D.
  • 23:21 15.03.2026
"Ayaks" və "AZ Alkmaar"dan darmadağın
NEK PSV-nin rekord seriyasına son qoydu
  • Niderland E.D.
  • 13:12 15.03.2026
NEK PSV-nin rekord seriyasına son qoydu