2 iyul 2026. Cümə axşamı

PSV "Bavariya"nın hücumçusunu transfer etdi


PSV "Bavariya"nın hücumçusunu transfer etdi

"Bavariya" klubunun hücumçusu Pauls Vanner karyerasını Niderlandın PSV klubunda davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman forvardla 5 illik müqavilə imzalanıb.

Niderland təmsilçisi 19 yaşlı futbolçunun transferi üçün 15 milyon avro ödəyib. Gənc forvard yeni komandasında 10 nömrəli forma ilə çıxış edəcək.

Keçən mövsüm Vanner, "Bavariya"dan kirayə olaraq Almaniya "Haydenhaym" klubunda çıxış edib. O, Bundesliga, Konfrans Liqası və digər yarışlarda ümumilikdə 41 oyun keçirib və 6 qol, 4 asistlə yadda qalıb. Vanner, "Bavariya"nın gənclər komandasının yetirməsidir və Almaniyanın müxtəlif yaş qruplarından ibarət millilərində də oynayıb.







Niderland E.D.

PSV 27-ci çempionluğunu qazandı
  • Niderland E.D.
  • 20:16 05.04.2026
PSV 27-ci çempionluğunu qazandı
PSV-dən çətin qələbə
  • Niderland E.D.
  • 22:56 04.04.2026
PSV-dən çətin qələbə
"Ayaks" və "AZ Alkmaar"dan darmadağın
  • Niderland E.D.
  • 23:21 15.03.2026
"Ayaks" və "AZ Alkmaar"dan darmadağın
NEK PSV-nin rekord seriyasına son qoydu
  • Niderland E.D.
  • 13:12 15.03.2026
NEK PSV-nin rekord seriyasına son qoydu
PSV evdə məğlub oldu
  • Niderland E.D.
  • 00:04 15.03.2026
PSV evdə məğlub oldu